7 Aprel 2017 12:07
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriyanın Şayrat hərbi hava bazasına hücumundan əvvəl Suriya və iranlı yüksək rütbəli məmurların ölkədən çıxarıldığı, eləcə də aviabazada olan təyyarələrin çoxunun qaçırıldığı bildirilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri məşhur suriyalı jurnalist Faisal əl-Qasım Twitter hesabından paylaşıb. Onun fikrincə, ölkədən çıxarılan məmurlar Livana göndərilib: "Aviabazada olan Suriya ordusuna məxsus qırıcılar da təxliyyə edilib".

Bu arada məlum hücumla bağlı yeni məlumatlar yayımlanıb. CNN telekanalında açıqlanan məlumatlarda bildirilib ki, hücum zamanı aviabazada rusiyalı hərbçilər də olub.

Bundan başqa, hücumdan əvvəl ABŞ kəşfiyyatının Rusiya, İsrail və Fransanı məlumatlandırdığı açıqlanıb.

Qeyd edək ki, gecə saatlarında prezident Donald Trampın əmri ilə ABŞ ordusuna məxsus qırıcılar Suriyanın Şayrat hərbi hava bazasına 59 raket atıblar. Hadisə zamanı çox sayda insanın həlak olduğu bildirilir.

Samir


Müəllif:

Oxşar xəbərlər