7 Aprel 2017 12:28
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 11-də Rusiya İnzibati Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılması ilə bağlı Ədliyyə Nazirliyinin müraciətinə baxacaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı rus əsilli deputat Mixail Zabelin bildirib.

M.Zabelin Rusiya Ədliyyə Nazirliyinin sözügedən müraciətinin öz təsdiqini tapmayacağına inanmadığını
söyləyib: “Biz bu məsələ ilə bağlı Rusiyadakı həmkarlarımızla danışmışıq. Onlara izah etmişik ki, Azərbaycanda Rus icmasına qarşı çox yüksək münasibət mövcuddur. Azərbaycanda 16 minə qədər rusdilli məzun var, 300-dək rusdilli məktəb fəaliyyət göstərir. Eyni zamanda müraciətimiz mətbuatda da dərc olunub. İnanıram ki, bizim səylərimiz müsbət nəticə verəcək”.

Nemət


Müəllif:

Oxşar xəbərlər