2015-ci ilin noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısının vurulmasından sonra dayandırılan çarter reysləri ilə bağlı yeni məlumat yayımlanıb.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, Rusiya Federal Aviasiya Təşkilatı rus hava yolları şirkətlərinə müraciət ünvanlayıb.
Müraciətdə Türkiyəyə çarter reyslərinin dayandırılması istiqamətində xəbərdarlıq yer alıb. "Rosaviasiya" buna səbəb kimi Türkiyənin daxilindəki qarışıq siyasi vəziyyəti göstərib.
"Kommersant" qəzetində yer alan məlumatda rus səyahət şirkətlərinin bu il üçün Türkiyəyə 40 min tur paket satdığı açıqlanıb. Bu öz növbəsində, bu il Türkiyəyə 3 milyon rus turistin səfər etməsi anlamına gəlir: "Əgər uçuşlar dayandırılsa, bu, Türkiyə turizminə ciddi ziyan verəcək".
Rusiya Federal Turizm Agentliyinin nümayəndəsi Svetlana Sergeyevna isə Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı heç bir məlumat almadıqlarını deyib.
Qeyd edək ki, 2015-ci ildə Su-24 böhranından sonra iki ölkə arasında çarter reysləri 9 ay müddətində dayandırılmışdı.
Samir