Trend-in məlumatına görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev xəbər verib.
Xidmət rəisi əlavə edib ki, təyyarəçi və borttexniklər bu təlimlər nəticəsində attestasiyadan keçmiş olacaqlar. Onun sözlərinə görə, təlimdə iştirak edənlər qaranlıq saatlarda hərəkətdə olan və hərəkətsiz hədəflərin, bronotexnikanın, eləcə də pilotsuz uçuş aparatları da daxil olmaqla, alçaqdan uçan təyyarələrin aşkar edilməsi üzrə 50 normativ yerinə yetirməli olacaqlar.
V.Astafyev qeyd edib ki, təlimlərdə 100-dən artıq hərbçi, 50 ədəd hərbi və aviasiya texnikası iştirak edib.