Teleqraf.com xəbər verir ki, Corciya ştatının Atlanta şəhərində yaşayan Elizabet Handi və Bilal Asim Valk cütlükləri qızlarının doğum şəhadətnaməsinə soyadın “Zaliha Qraceful Lorraina Allah” yazılması qərarını veriblər.
Lakin əyalət rəhbərliyi bunun əleyhinə çıxıb. Ancaq ailə məhkəməyə müraciət edib və iddianı qazanıb. Bundan sonra Atlanta rəhbərliyi ailənin istəyini təmin edib. Körpənin şəhadətnaməsində onun adı Zaliha Qraceful Lorraina Allah kimi yazılıb.
Bu mövzuda açıqlama verən Amerika Vətəndaş Azadlığı Birliyinin Corciya bölgəsinin rəhbəri Andrea Younq bəyan edib ki, bundan sonra məmurlar valideynlərə uşaqlarına hansı adı qoymağı diktə edə bilməyəcək.
Cavad