Axar.az xəbər verir ki, Xizanaşvili istefa ərizəsini öz istəyi ilə yazıb. Buna səbəb ona başqa vəzifənin həvalə olunmasıdır. Lakin hələlik məhz hansı vəzifənin eks-qubernatora verildiyi bildirilmir.
Qeyd edək ki, Xizanaşvili 2014-cü ildən Kvemo-Kartlinin qubernatorudur.
Kvemo-Kartli vilayətinin əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edir. Azərbaycanlılar, özəlliklə, Marneuli, Dmanisi, Bolnisi və Qardabani rayonlarında üstünlük təşkil edirlər.