Teleqraf.com xəbər verir ki, ki, “Forbes” jurnalı onun sərvətinin həcmini 1 milyard dollar dəyərində qiymətləndirib. Bununla yanaşı, Y.Baturina 200 varlı biznesmenin ümumi reytinqində 90-cı yeri tuta bilib.
İkinci yerdə Fransanın “Monako” futbol klubunun sahibi və prezidenti Dmitri Rıbolovlevin keçmiş həyat yoldaşı Yelana Rıbolovleva qərarlaşıb. Onun sərvətinin həcmi 600 milyon dollar həcmində dəyərləndirilib.
“S7” qrupunun şəriki Nataliya Fileva ilk dəfə olaraq Rusiyanın zəngin qadınlarının siyahısına düşüb. “Forbes” onun da sərvətinin dəyərinin 600 milyon dollar olduğunu bildirməklə 3-cü yerdə qərarlaşdırıb.
Bununla yanaşı, reytinqə uşaq qidaları istehsalçısı “FrutoNyanya” şirkətinin şəriki Olqa Belyavtseva və “Vildberries” internet-mağazasının baş direktoru Tatyana Bakalçukun adları daxil edilməyib. Onlar ötənilki siyahıya müvafiq olaraq 3 və 4-cü yerdə qərarlaşmışdılar.
Bu günlərdə “Forbes” Rusiyanın 200 ən zəngin biznesmeninin illik reytinqini tərtib etmişdi. Reytinqə artıq iki ildir NOVATEK şirkətlər qrupunun şəriki və idarəedicisi Leonid Mixelson başçılıq edir. Nəşr biznesmenin varidatının həcmini 18,4 milyard dollar həcmində qiymətləndirib.
Səxavət