Jurnalistlərin suallarını cavablandıran F.Kişida bildirib ki, Yaponiya ABŞ, Cənubi Koreya və G7-nin üzvü olan digər ölkələrlə Çinə təzyiq göstərərək həmin məsələnin həllinə çalışacaq.
Nazir əlavə edib ki, aprelin 25-də Yaponiya Şimali Koreya məsələsi ilə əlaqədar ABŞ və Cənubi Koreyanın əsas nümayəndələrinin iştirakı ilə keçiriləcək görüşə sədrlik edəcək.
F.Kişida ümid etdiyini bildirib ki, görüş bu üç ölkə arasında əməkdaşlığın növbəti təsdiqi olacaq.