Teleqraf.com Ria Novosti agentliyinə istinadla xəbər verir ki, iğtişaşlar zamanı 6-sı polis əməkdaşı olmaqla 9 nəfər xəsarət alıb.
Polisdən verilən məlumata görə, etirazlarda 29 nəfər həbs edilib. Təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Qeyd edək ki, seçkilərin nəticələrinə əsasən, "İrəli" hərəkatının lideri E.Makron 23,75 faiz, Milli Cəbhə Partiyasının sədri M.L.Pen isə 21,53 faiz səslə prezident seçkilərinin ikinci turuna adlayıblar. Prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.
Samir