26 Aprel 2017 10:23
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA sədri Pedro Aqramunt yalnız İspaniya kralının assambleyaya səfərindən sonra istefa verəcək.

Bu barədə “Avropa Həqiqətləri” qəzetində məlumat yerləşdirilib. Nəşr yazır ki, Aqramunt İspaniya kralı VI Filippin aprelin 27-də plenar iclasda çıxışı zamanı prezident kürsüsündə qalacağı təqdirdə istefa verəcəyinə razılaşıb.

Siyasi qrupların rəhbərləri könüllü istefa müqabilində bu şərtə razı olduqlarını bildiriblər.

“İstefanın sxemi artıq hazırdır: Aqramunt sessiya zalında nə çərşənbə, nə cümə axşamı, nə də cümə günü görünəcək, yalnız kralı zala müşayiət edəcəyi və onun 1 saatlıq çıxışı zamanı rəyasət heyətindəki yerindən çıxışı dinləyəcəyi vaxt istisna olmaqla”, - mənbə bildirib.

Bundan sonra o, kralı vətəninə yola salacaq, sessiya bağlı elan edildikdən sonra isə Büronun iclasına gələrək rəsmən istefa etdiyini bildirəcək. Bunun birlikdə, istefa hələ 3 ay rəsmiləşdirilməyəcək.

Nəşr qeyd edir ki, vəzifəsindən getməsi ilə bağlı yazılı ərizəsini Aqramunt özü ilə birlikdə mayın 29-da Praqada keçiriləcək prezident komitəsi ilə AŞPA Bürosunun görüşünə gətirəcək.

Xatırladaq ki, ötən gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının iclasında qurumun sədri Pedro Aqramunta etimad məsələsi gündəmə gətirilib. Aqramunt çıxış edərkən assambleya üzvlərinin əksəriyyəti zalda onun istefasını tələb ediblər.

Deputatlar Pedro Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşməsini sərt şəkildə pisləyib, buna etirazları bildiriblər. Aqramunt Suriyaya səfərinin yanlış addım olduğunu etiraf edib: "İcazə verin, bəyan edim ki, bu səfər yanlış idi və mən nəticələri nəzərə alaraq bunu etiraf edirəm". (azvision.az)


Müəllif:

Oxşar xəbərlər