3 May 2017 08:35
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin "Vikipedia"ya alternativ kimi hazırladığı internet ensiklopediyasını hazırlamağa 20 min nəfəri cəlb edib.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, yeni ensiklopediyaya daxil edilməsi planlaşdırılan 300 min qeydin hərəsi təxminən 1000 sözdən ibarət olacaq.

"Vikipedia"nı redaktə edən könüllülərdən fərqli olaraq, bu ensiklopediya üçün yalnız dövlət universitetlərindən xüsusilə seçilmiş alimlər yazacaq. "Vikipedia"ya Çində daxil olmaq olur, lakin bəzi səhifələri bloklanıb.

Keçən ay, Çinin Kitab və Jurnal Yayım Assosiasiyasının baş redaktoru Yang Muji Çinin Ensiklopediyasının "bir kitab yox, mədəniyyətin Böyük Divarı" olduğunu deyib.

"Vikipedia"nı rəqib adlandıran cənab Yang "cəmiyyətə yol göstərmək üçün" öz platformasını yaratmaqda beynəlxalq təzyiqə məruz qaldığını deyib. Çinin Ensiklopediyası ilk dəfə 1993-cü ildə, elm işçilərinin dəstəyi ilə dərc edilib və ikinci versiya 2012-ci ildə buraxılıb.

Lakin tənqidçilər ensiklopediyanın siyasi motivlərlə bəzi qeydləri daxil etmədiyini və bəzilərini dəyişdirdiyini deyirlər.

Çin Ensiklopediyasının internet versiyası üçün icazə 2011-ci ildə verilsə də, onun hazırlanması üzrə işlər yeni başlayıb. Bu addımla dövlət öz ensiklopediya platformalarına sahib olan Baidu və Qihu 360 təşkilatları və Wikipedia ilə mübarizə aparacaq.


Müəllif:

Oxşar xəbərlər