2 May 2017 22:28
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə görüşəcəklər.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüşdə hərbi-texniki əməkdaşlığı müzakirə ediləcək.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyə prezidenti sabah Soçiyə gələcək, çox əhəmiyyətli danışıqlar aparılacaq.

Görüşdə Suriya problemi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə ediləcək.


Müəllif:

Oxşar xəbərlər