Teleqraf.com "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsun Senatının Kəşfiyyat Komitəsinə təqdim olunan hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, 2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı yenidən gərginlik yaşanıb: "Bundan başqa, tərəflərin qarşılıqlı güzəştlərdən imtina etməsi, eləcə də daxili təzyiqlər 2017-ci ildə irimiqyaslı hərbi əməliyyatların təkrarlana biləcəyini göstərir".