Teleqraf.com xarici mediaya istinadən xəbəbr verir ki, 24 yaşındakı model Mariana Mendes 5 yaşında lazer müalicəsi almasına baxmayaraq, üzündəki qüsurdan xilas ola bilməyib. İnsanların xarici görünüşünə lağ etməsini ciddi qəbul etmədiyini söyləyən Mendes “qeyri-adi” görünüşündən məmnun olduğunu söyləyir. Bəzi insanların üzündəki qüsuru bir üz döyməsi sandığını deyən Mendes insanlara hər dəfə bu vəziyyəti açıqlamaq məcburiyyətində qaldığını bildirib:
“5 yaşımda anam gələcəkdə məni lağa qoyacaqlarını fikirləşdiyi üçün lazer müalicəsi etdirdi. Bir neçə seansdan sonra nəticə olmadığına görə müalicə dayandırıldı”.
Mendes indi isə üzündəki izlə barışıb və kimsənin nə düşündüyünə baxmadan həyatına davam edir. Gələcəkdə modelliklə şöhrət tapacağına inanır.
Şəfiqə Nazimqızı