15 May 2017 11:17
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerk İraqa səfər edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Şimali İraq Kürd Regional Muxtariyyətinin Baş naziri Neçirvan Bərzani ilə görüşərək müzakirələr aparıb.

Bərzaninin internet səhifəsində yayılan məlumata görə, görüşdə Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı və muxtariyyət ərazisinə qaçqın köçü məsələləri müzakirə edilib.

Bundan başqa, Ərbil ilə rəsmi Bağdad arasında yaranan problemlər diqqətə alınıb. Kürd muxtariyyətinin baş naziri bu problemin həlli üçün atdığı addımlara görə Amerika diplomatına təşəkkürünü çatdırıb, eyni zamanda Ərbil-Vaşinqton əlaqələrinin güclənməsinin vacibliyini qeyd edib.

Məlumata görə, Neçirvan Bərzani görüş zamanı deyib ki, son aylar muxtariyyətin ərazisinə çoxlu sayda qaçqınlar gəlir. Baş nazir rəsmi Bağdaddan diplomata şikayət edib. Bildirib ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı çərçivəsində yaralanan İraq ordusunun 35 minə yaxın əsgəri Ərbildə müalicə alır, lakin rəsmi Bağdad bu məsələdə onlara lazımı dəstək vermir.

Amerikalı diplomat isə İŞİD-dən qaçaraq muxtariyyətə sığınan qaçqınların məsələsinin Vaşinqton tərəfindən diqqətlə izlənildiyini, ölkəsinin Ərbilə həm hərbi, həm də humanitar yardımlarının davam edəcəyini deyib. Ərbil-Vaşinqton əlaqələrinə toxunan diplomat hesab edir ki, əlaqələr daha da gücləndirilməlidir.

Cavad


Müəllif:

Oxşar xəbərlər