17 May 2017 11:40
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtlə, dünyasını dəyişmiş qadınla, özündən qat-qat böyük birisi ailə quran qəribə cütlüklər var.

Teleqraf.com inanılmaz 10 cütlüyü təqdim edir.

1. Dök ilə Cenni.

Həqiqi adı açıqlamayan 40 yaşlı Dök həyat yoldaşından ayrıldıqdan sonra psixoloji problemlərlə üzləşir və depressiyaya düşür. Boşandıqdan sonra sonra kukla alır, adının Cenni qoyur. O, ennini ailəsi, dostları, keçmiş həyat yoldaşı və uşaqlarından da gizlədir. Çünki adına Cenni dediyi kukla ilə münasibətinin qəribə qarşılanacağını bilir.

Dök həm fiziki, həm də mənəvi cəhətdən Cenninin çox həssas olduğunu düşünür. Onların fərqli vərdişlərinin olması, fərqli cütlük olduğunu göstərir.

2. Əhməd Məhəmməd Dor ilə Safiə Abdullah.

Somalidə 112 yaşında kişi 17 yaşında azyaşlı qızla 6-ci evliliyini edib. Əhməd Məhəmməd Safiəni çoxdan sevdiyini və onunla evlənmək üçün Safiənin böyüməsini gözlədiyini deyib.

Həyat yoldaşından 95 yaş böyük olan Əhməd Məhəmməd Safiənin ulu babasından daha böyük yaşdadır.

3. Jolison ilə Evem.

Onların boy fərqi 1 metrdir. Boyunun hündürlüyünə görə ömrünün yarısını evdə gizlənərək keçirən brazilyalı Jolison özündən 82 sm qısa boyu olan Evem adlı xanımla internet vasitəsilə tanış olub və evlənib.

Xanımın boyu isə 152 sm-dir. Evemin boyu Jolisonun belinə çatır.

4. Mariya və iki əri Pol ilə Peter.

İndiyə kimi belə evliliyə yəqin heç yerdə rast gəlinməyib. İki uşaq anası Mariya əri və sevgilisi ilə eyni evdə yaşayır. Mariya eyni zamanda iki kişiyə aşiqdir. Hər iki kişidən də uşağı var.

Kişilər biri-birinin şəxsi həyatına müdaxilə etmir. Mariya ərindən ayrılanda həyatında böyük boşluq yarandığını, sevgilisinin də bu boşluğu doldura bilmədiyini deyir. Sonra o hər ikisinə "gəlin birlikdə yaşayaq" təklifini verir və kişilər buna razı olurlar.

5. Sanel ilə Helen.

CAR-da özündən 53 yaş böyük qadınla evləndirilən Sanel toyun ailələrin təşəbbüsü ilə baş tutduğunu deyir. 8 yaşında olan bəy özünü həqiqi ər kimi hiss edir. Əvvəlki evliliyindən 5 uşağı olan xanım Helen isə səhv etmədiyini düşünür.

6. Manqli ilə Şeru.

Hindistanda kənddə yaşayan Manqli Şeru adlı itlə nikaha girib. Manqli bildirib ki, qadınla ailə həyatı qursa, böyük əziyyətlər görəcək və xoşbəxt ola bilməyəcək. Ona görə itlə nikah bağlayaraq həyat yoldaşından sədaqət görəcəyinə, özünün isə əziyyətlərdən uzaq qalacağına əmindir.

Ailə və qonşuları hesab edir ki, Manqli bununla lənətdən xilas olub. Yoxsa gələcəkdə Manqli ilə kim evlənsəydi qısa zaman içində öləcəkdi.

7. Kadil Defi ilə An Kamsuk.

Cütlük 10 illik münasibətdən sonra evlənməyə hazırlaşdıqları vaxtda gənc xanım avtomobil qəzasında dünyasını dəyişir. Kadil Defi An Kamsuka verdiyi sözü tutaraq ölmüş xanımla nikah bağlayır.

Qadının cansız bədəninə gəlinlik geyindirən bəy toy mərasimini bir buddist məbədində keçirir. Yerli televiziya tərəfindən çəkilən toyun şəkillərini də bəy öz Facebook səhifəsində paylaşır. Toy mərasimindən sonra gəlin dəfn olunur.

8. Paulo Qabriel ilə Ketyuşa Haşino.

Onlar dünyanın ən qısaboylu cütlüyü hesab olunur. 82 sm boylu Paulo ilə 89 sm boylu Ketyuşa vətənləri Braziliyada qeyri-adilikləri ilə populyardırlar.

30 yaşındakı Paulo ilə 28 yaşlı Ketyuşa 10 il əvvəl sosial media vasitəsilə tanış olublar.

9. Kelvin ilə Zatera.

Onlar zahiri görünüş baxımından adi insanlardır. Ancaq bu cütlük dünyanın ən şanslıları hesab olunur. Cütlük 1 ay ərzində 3 dəfə lotereyadan böyük məbləğdə pul udub.

Şanslı cütlük 1 milyon dollar, sonra 50 min dollar və bir gün sonra isə təkrar 1 milyon dollar pul udurlar.

10. Kayl Cons ilə Marjor Makkul.

Kayl Cons 31, sevgilisi Marjor Makkul isə 91 yaşındadır. Cütlük bir müddətdir münasibətdərirlər. Kayl ilk cinsi münasibətini özündən 50 yaş böyük qadınla yaşadığı üçün özündən böyük xanımlardan vaz keçə bilmədiyini deyir.

İlhamə ƏBÜLFƏT


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər