Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Poroşenkonun Rusiya internet resurslarına qarşı sanksiyalarla bağlı əmrin qanunsuz olduğunu iddia edib.
Lixaçev bununla bağlı Feysbuk hesabında məlumat verib: "Ukrayna Konstitusiyasının 34-cü maddəsinə görə, hər kəsin söz və fikir azadlığı var. Söhbət "Vkontakte", "Odnoklassniki" və digərlərindən getmir. Əsas məsələ azadlığın əlimizdən alınmasıdır. Bəs sabah? Sabah düşüncəni qadağan edəcəklər? Biz Avropaya doğru irəliləyən ölkə olsaq da, Şimali Koreya kimi hərəkət edirik".
Qeyd edək ki, Poroşenkon mayın 16-da Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi barədə fərman imzalayıb. Fərmanla “VKontakte” və “Odnoklassniki” kimi sosial şəbəkələr də sanksiyaların təsiri altına düşüb.
Samir