23 May 2017 13:39
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın paytaxtı Mexiko şəhərində ənənəvi olaraq keçirilən “Qardaş Mədəniyyətləri Festivalı”nın açılış mərasimi keçirilib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Təntənəli açılış mərasimində Meksika şəhəri hökuməti başçısı Migel Anhel Mansera, Meksika federal dairəsi qanunverici orqanının, həmçinin diplomatik korpus və KİV nümayəndələri iştirak edib. Ölkəmizi tədbirdə Meksikadakı səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.

2009-cu ildən başlayaraq ənənəvi olaraq, həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri hökumətinin təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Mexiko əhalisinin tanış edilməsidir. Festivala maraq ildən-ilə artır və bu il 94 ölkənin qatıldığı tədbirə dörd milyona yaxın ziyarətçinin gəlməsi gözlənilir.

İki həftə ərzində davam edəcək festivalda Azərbaycan da təmsil olunur. Festivalın qonaqlarına Azərbaycanla bağlı məlumat verilir, video və çap materialları nümayiş etdirilir, qonaqlara Azərbaycan mətbəxinin təamlarından dadmaq imkanı təqdim olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər