Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İngiltərənin “İndipendent” qəzeti həmin görüntüləri birliyin simvolu kimi şərh edib.
Patel anım mərasimində kədərli görünən yaşlı qadına yaxınlaşaraq əvvəlcə terror qurbanları üçün dua edib, sonra isə ahıl qadınla birlikdə göz yaşı töküb, sonda taqətdən düşmüş yəhudi qadının yeriməsinə kömək edib.