Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bunu İranın dini lideri ayətulla Əli Xameneyi Tehranda Ramazan bayramı ilə əlaqədar düzənlənən təntənəli mərasimdə deyib.
"Belə vəziyyət Quran və islam inamının əsaslarından uzaqdır. Bu adamlar Quranı milyon tirajla nəşr etdirirlər. Amma onların hərəkətləri Qurana ziddir. Bu adamlarr kafirlərlə dostluq edirlər. Onlara külli miqdarda pul verirlər. Ancaq bu pulla öz xalqlarının həyatını yaxşılaşdıra biərdilər", - deyə Xameneyi Səudiyyə Ərəbistanı ilə ABŞ arasında silah alqı-satqısına dair 110 milyard manatlıq müqaviləyə işarə edib.