Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, şərtlərdən biri Türkiyənin ölkədəki hərbi bazasının bağlanmasıdır. Amma Qətər xarici işlər naziri Şeyx Məhəmməd ibn Əbdurrəhman əs-Sani təklifləri "qəbuledilməz" adlandırıb. Nazir bildirib ki, Əl-Cəzirə tele-kanalının bağlanması tələbini nəzərə alınmayacaqlar.
"Tələblər siyahısı rədd edilmək üçün hazırlanıb, qəbul edilmək və ya müzakirə edilmək üçün hazırlanmayıb. Süverenliyimizi pozan və ya Qətərə məcburən tətbiq edilən heç bir şeyi qəbul etməyəcəyik. İmzaladığımız sazişlərdən geriyə addım atmayacağıq. Türkiyə ilə əlaqələrimizə həqiqətən dəyər veririk", deyə nazir vurğulayıb.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn tərəfindən hazırlanan 13 maddəlik siyahıya münasibətini bildirmək üçün Qətərə iyulun 3-nə qədər vaxt verilib.