4 İyul 2017 03:25
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın cənubundakı Tuluza şəhərində baş vermiş silahlı insident zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "France 3" telekanalı polisə istinadən məlumat yayıb.
Telekanalın ilkin məlumatına görə, motosikllə hərəkət edən iki nəfər insanlara atəş atıblar, bundan sonra isə gizləniblər.

Hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər