Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İngiltərənin paytaxtı Londonda jurnalistlərin suallarını cavablandıran Qətərin Xarici İşlər naziri Məhəmməd ibn Əbdülrəhman əl Sani açıqlama verib.
Onun sözlərinə görə, bu şərtlər Qətər üçün alçaldıcı və təhqiredicidir.
Əl Sani ölkəsinin İranla yaxınlaşmasını da təsdiq edib: "Birgə qaz layihələri hazırlayırıq. İranla yaxınlaşmağa və sağlam münasibətlər qurmağa məcburuq".