7 İyul 2017 11:04
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya parlamenti 15 iyul hərbi çevrilişə cəhd olayının ildönümündə Türkiyə baş naziri müavini Toğrul Türkeşin Amsterdama səfərinin xoş qarşılanmayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Röyter agentliyi məlumat yayıb.

Açıqlamada Türkiyə xarici işlər nazirinin və digər rəsmilərin də Hollandiya səfərinin istənmədiyi bildirilib.

Qeyd edək ki, mart ayında Türkiyə ilə Hollandiya arasında siyasi böhran baş vermiş, türkiyəli nazir Fatma Betül Sayan Kayanın bu ölkəyə səfirinə icazə verilməmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər