Teleqraf.com xəbər verir ki, bu sözləri "Nyus Asiya" telekanalına müsahibə verən Çin Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Çjou Bo deyib:
"Biz Şimali Koreya ilə hərbi əməkdaşlıq etmirik. Keçmişdə bizim bir çox əməkdaşlıqlarımız və əlaqələrimiz olub. Bu əlaqələrin kəsilməsi Şimali Koreyanın raket sınaqları ilə bağlıdır. Çin BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinə hörmət edir".
O əlavə edib ki, Şimali Koreya ABŞ-la danışıqlara getmək istəyir və Çin buna kömək etməyə hazırdır.