12 İyul 2017 21:49
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Birliyi ölkələrinə daxi olan informasiya nazirlərinin toplantısında yaşanan gərginlik nəticəsində Qətər təmsilçisi tədbiri tərk edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Qətərin ərəb Birliyindəki təmsilçisi Seyf bin Mukaddem el-Buayneyn Səudiyyə Ərəbistanı və Bəhreyindən olan həmkarlarının "Əl-Cəzira" televiziyası ilə bağlı çıxışlarına etiraz olaraq toplantını yarımçıq qoyub.

Bahreynin informasiya naziri Rumeyhi bildirib ki, "Əl-Cəzira" telekanalı Körfəz Ölkələrinin təhlükəsizliyinə zidd fəaliyyət göstərir.

Səudiyyəli nazir Avvad da qeyd edib ki, "Əl-Cəzira" fəaliyyətində şiddət və ifrata varır: "Bu telekanalda hələ də zorakılıq çağırışları var.

Qətərli nazir Buayneyn həmkarlarına cavab vermək üçün söz istəsə də, onun bu tələbi yerinə yetirilməyib. O, "Ölkəm haqqında danışıldığı zaman müdafiə olunmaq üçün replika ilə çıxış eləmək mənim təbii haqqımdır", deyərək toplantını tərk edib.

Buayneyn toplantının əvvəlində çıxış edərək bildirmişdi ki, "Əl-Cəzira" sadəcə informasiya verir: "Bu telekanalı ittiham edənlər ictimai əxlaqı ləkələyən kanalları görməzdən gəlirlər".

Qeyd edək ki, Qətərə qarşı embarqo tətbiq edən 4 ərəb ölkəsi 13 maddəlik tələblər siyahısına "Əl-Cəzira"nın bağlanılmasını da salıblar.


Müəllif: Ruslan

Oxşar xəbərlər