Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki səfirliyinin mətbuat attaşesi Aleksandr Leşukov məlumat verib.
Yeni səfiri aeroportda Türkiyə Xarici İşlər Nazirliyinin protokol idarəsinin direktoru Şevki Mütevellioğlu qarşılayıb.
Aleksandr Leşukov qeyd edib ki, Aleksey Yerxov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın razılığı ilə Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın xüsusi dəvəti ilə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar keçirilən parlamentin bugünki xüsusi iclasında iştirak edəcək.
Qeyd edək ki, Aleksey Yerxov bu təyinatadək Rusiya Xarici İşlər Nazirliyi Böhran Mərkəzi İdarəsinin rəisi olub. O, həmçinin Rusiyanın İstanbuldakı baş konsulu işləyib.
Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov ötən ilin dekabrında Ankarada sərgi zamanı qətlə yetirilmişdi.