Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Tacikistan Respublikasının dövlət radiosu məlumat yayıb.
İran ayətullahlarının risalələrinin yayımına qoyulan qadağa Tacikistan hökumətinin bu ölkənin Xocənd şəhərində İranın iki mədəniyyət nümayəndəliyinin fəaliyyətinə yasaq qoymasından bir neçə gün sonraya təsadüf edib. Bildirilir ki, İran İslam Respublikası həmin “Ticarət “ və “Mədəniyyət” mərkəzləri vasitəsilə Tacikistanın müxtəlif şəhərlərində yerli əhali arasında radikal şiəliyi yaymaq, tacik gənclərini cəlb edərək onları dini təhsil almaq üçün İranın Qum şəhərinə göndərmək işi ilə məşğul olub.
Qeyd edək ki, son illər İranın “Tacikistan İslam Hərəkatı” adlı radikal qruplaşmasına gizli dəstəyi ifşa olunduqdan sonra rəsmi Düşənbə Tehranla münasibətlərini minimuma endirib. İki ölkə arasında əlaqələrin məhdudlaşdırılmasının ardınca, Tacikistan hökuməti Səudiyyə Ərəbistanı ilə münasibətlərini genişləndirməyə başlayıb.