ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi fransalı diplomat Harlem Dezir olacaq.
Fransanın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, Harlem Dezir bu vəzifədə Dünya Miyatoviçi əvəz edəcək.
Harlem Dezirin namizədliyi ATƏT-in hazırki sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurts tərəfindən təsdiq edilib. Bu gün Harlem Dezirin rəsmi təyinatı həyata keçiriləcək.