19 İyul 2017 01:19
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Harvard Universitetinin alimləri geyim istehsalı üçün istifadə oluna biləcək “ağıllı” parça hazırlayıblar. Əlavə cihazların quraşdırılmadığı parça öz-özlüyündə böyük cihaz şəklindədir.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, geyim üçün parçanın yeni hazırlanma texnologiyası haqqında tədqiqat “Advanced Materials Technologies” nəşrində dərc edilib. “Ağıllı” parça iki gümüşü keçirici parça qatı arasında yerləşən silisium qatından ibarətdir. Silisiumun keçiricilik qabiliyyəti gümüşü parçadan dəfələrlə azdır və belə birləşmə tutumlu cihaz yaradır. Cihaz hərəkətə nəzarət edərək iki elektrod arasında elektrik sahəsində enerjinin saxlanılmasında baş verən dəyişiklikləri qeydə alır. Parça dartılan zaman silisium qatı nazikləşməyə, parçanı ötürən qatlar isə yaxınlaşmağa başlayır.

Məlumata görə, texnologiyanın sınaqları mərhələsində ekspertlər tərəfindən əlcək hazırlanıb. Cihaz təkcə idman göstəricilərini deyil, hər barmağın nə dərəcədə əyilməsi daxil olmaqla əl hərəkətlərini qeydə alıb. Alimlər qeyd edir ki, parçadan idman geyimi və xəstələrə nəzarət üçün geyim hazırlamaq mümkündür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər