20 İyul 2017 12:13
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda əhalinin təxminən 50 faizi türk dilində danışır. Buna görə də türk dili məktəb və universitelərdə tədris olunmalı və yeni Nazirlər Kabinetində daha çox türk yer almalıdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur deyib.

Millət vəkili hökuməti türk dilinin tədrisi ilə bağlı verdiyi vədi yerinə yetirmədiyi üçün tənqid edib. O bildirib ki, türklərdən yeni Nazirlər Kabinetində istifadə olunmasa, hökumət Türk Bölgələri Fraksiyasına üzv olan 110 millət vəkilinin dəstəyini itirəcək.

“Cənab prezident, nazirlərin siyahısında türklərin sayı artırılsın. Əgər peşəkar və layiqli türk əsilli nazir təqdim olunmayacaqsa, o zaman Fraksiyaya üzv olan 110 türk millət vəkilindən yeni Nazirlər Kabinetinə etimad rəyi gözləməyin. Öz ləyaqətini sübut edən parlamentdəki millət vəkilləri bacı və qardaşlarımızdan Nazirlər Kabinetində istifadə olunmalıdır”.

Azərbaycanın İranın müasir tarixindəki roluna işarə edən millət vəkili sözlərinin davamında deyib ki, təklif olunan təhsil naziri konstitusiyanın 15 və 19-cu maddələrini icra etməli, türk dilinin məktəb və universitetlərdə tədris olunmasına şərait yaratmalıdır.


Müəllif: Samir

Oxşar xəbərlər