22 İyul 2017 21:15
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada qızı öldürülən Yamayka vətəndaşı ABŞ Prezidenti Donald Trampa videomüraciət ünvanayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yamaykalı Kenroy Smit ABŞ prezidentinə müraciətində qızının cənazə törəninə qatılmaq üçün ona viza verilməsini istəyib.

Kenroy Smit 11 yaşındakı qızı Abbie Galinin Nyu Cersinin Keansburg qəsəbəsində öldürülməsindən bir həftə sonra özü və digər qızı Kensiyə viza verilməsini istəyir.

Kenroy Smit müraciətində qeyd edib ki, kiçik qızı Abbie Galini onun əlindən alıblar: “Mən ən son vəzifəmi yerinə yetirməliyəm. Tək istədiyim budur. O mənim qızım, mənim hər şeyimdir. Lütfən onu torpağa qoymazdan əvvəl görməmə icazə verin. Bunun üçün mənə viza verilməlidir”.

Qeyd edək ki, Abbie Galin sabah dəfn ediləcək. Onun nəşi iyulun 13-də yaşadığı binanın damında ədyala bükülmüş halda tapılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər