Teleqraf.com-un xəbərinə görə, İsrailin Kanal 2 televiziyası İsrail polisinin "Məscid-i Aksa"nın qapılarına quraşdırılan metal arama detektorlarının oradan götürüldüyünü bildirib. Yeni qərara görə, məscidin girişində əl detektorlarından istifadə ediləcək.