23 İyul 2017 15:09
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ya Əli ya da Vəli, dəyişən bir şey varmı? Yoxdur! PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin ABŞ-ın tövsiyəsi ilə adının dəyişdirilib Suriya Demokratik Gücləri qoymasının bizim üçün heç bir mənası yoxdur. Biz kimin kim olduğunu çox yaxşı bilirik. İkisi də eyni şeydir.

Teleqraf.com Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın tövsiyəsi ilə YPG-nin adının dəyişdirilərək Suriya Demokratik Gücləri adlandırılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dostlar bir-birini aldatmamalıdır: “Əsas olan ad deyil, mahiyyətdir. Bunları onsuz da kəşfiyyatımızla təqib edən bir Türkiyə var. Hər zaman qeyd edirəm ki, biz qəbilə dövləti deyilik. Biz infrastruktu da daxil olmaqla hər şeyi ilə güclü quruluşa malik dövlətik, kimin kim olduğunu çox yaxşı bilirik. Ad dəyişdiriblər, xeyr, bunu həzm etmək mümkün deyil”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər