6 May 20:05
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva ümid edir ki, Rusiyanın qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı qarşıdakı təlimləri Qərbdə “qaynar başları” “soyudacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Ümid edirik ki, bu, onlara yaratdıqları strateji risklərin mümkün fəlakətli nəticələrini anlamağa yardım edəcək və onlar həm Kiyev rejiminə kömək etməkdən, həm də Rusiya ilə birbaşa silahlı qarşıdurmaya sürüklənməkdən imtina edəcəklər”, - bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, Rusiyanın qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlər NATO ölkələrinin son döyüş xarakterli bəyanatları kontekstində nəzərdən keçirilməlidir.


Müəllif: Teleqraf.com