6 May 22:04
8 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya müdafiə naziri Qvido Krozetto Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevə girəcəyi təqdirdə Üçüncü Dünya müharibəsinin başlayıb-başlamayacağı ilə bağlı sualı cavablandırıb.

Teleqraf.com xəbər verir ki, o, belə bir gəlişmənin qlobal toqquşmaya çevriləcəyini istisna etməyib.

“Ukraynanın paytaxtını ələ keçirsəydilər, bu, dramatik toqquşmaya səbəb olardı. Təəssüf, mən qorxuram ki, Putinə bütün Ukrayna lazımdır. Üstəlik, heç kim bizi əmin etmir ki, o, Ukraynada dayanacaq”, - müdafiə naziri bildirib.

Krozetto ümid edir ki, Rusiya lideri ağlasığmaz addımlar atmayacaq:

“Ümid edirəm ki, Rusiya son iki ildə etdiyi məntiqsiz işlərdən kənara çıxmayacaq. Eyni zamanda, təkrar edirəm, keçmiş sovet qoşunlarının Kiyevə gəlişi Avropa və dünya üçün tamamilə sabitliyi pozan faktor olacaq. Bu isə istər-istəməz sərhəddə rus tanklarını qəbul etməyən digər ölkələrlə toqquşmaya gətirib çıxaracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu