7 May 15:21
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayına qədər sülh sazişinin imzalanması ideyası ilə razıyam.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“İctimai olan və danışıqlar platformalarında razılaşdırılmış bütün prinsiplər sülh sazişində qeyd edilməlidir. O prinsiplərin konturlarını çəkmək və imzalamaq lazımdır, mən bu məntiqlə razıyam. Ümid edirəm ki, bu irəliləyiş Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda planlaşdırılan görüşündə qeydə alınacaq”, - Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl noyabra qədər sülh müqaviləsinin izmalana biləcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu