7 May 14:31
2 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Türkiyə və İsrail arasında ticarət əlaqələrinin dayandırılmasından danışıb.

Teleqraf.com xəbər verir ki, ABŞ rəsmisi tərəfləri fikir ayrılıqlarına səbəb olan məsələləri həll etməyə çağırıb.

“Hər ikisi bizim müttəfiqimizdir və onları fikir ayrılıqlarını çözməyə təşviq edirik”, - Miller bildirib.

Türkiyə Ticarət Nazirliyi ötən həftə İsraillə bütün ixrac-idxal əməliyyatlarının dayandırıldığını açıqlayıb.

“İsrail hökuməti Qəzzaya fasiləsiz və lazımi qədər humanitar yardım axınına icazə verənə və atəşkəs əldə olunana qədər Türkiyə bu yeni tədbirləri ciddi və qətiyyətlə həyata keçirəcək”, - nazirliyin açıqlamasında deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu