7 May 12:56
2 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almatı bəyannaməsinin sülh müqaviləsinə daxil edilməsi məsələsi iki ölkənin xarici işlər nazirlərinin Qazaxıstanda keçiriləcək görüşündə müzakirə edilməli olan gündəmlərdən biridir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Almatı sazişi Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasının əsas prinsipi kimi hər iki ölkə tərəfindən qəbul edilir. Bu, dönməz reallıqdır, çünki bu, hər iki ölkə tərəfindən yüksək səviyyədə qeydə alınıb. Faktiki demarkasiya prosesinə gəlincə, bu, SSRİ-nin hüquqi qüvvəsinə malik ən son xəritələr əsasında baş verir” – baş nazir bildirib

Paşinyan konkret hansı xəritədən söhbət getdiyini açıqlamayıb:

“Məsələni konkret xəritənin adını çəkməklə məhdudlaşdırmaq istəmirik, çünki bizim üçün Ermənistan Respublikasının sərhədinin tam demarkasiyasını təmin etməyə yönəlmiş hüquqi əsasları ifadə etmək vacibdir. Praktikada buna uyğun hərəkət edirik. SSRİ-nin dağıldığı dövrdə Ermənistanla Azərbaycan arasında sərhədləri ifadə edən xəritələrdən istifadə edirik”.

Paşinyan vurğulayıb ki, bu prosesin bir məqsədi var: müharibəni mənasız, praktiki olmayan etmək, müharibəni əsaslardan məhrum etmək.

Ermənistan rəhbəri artıq Tavuş istiqamətində işlərin 90 faizinin görüldüyünü və proses irəlilədikcə təhlükəsizlik təminatlarının formalaşdığını və müharibənin əsasını itirdiyinə inamın gücləndiyini, müharibənin məntiqsizləşdiyini, qeyri-legitim olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu