7 May 10:56
7 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni Teleqram kanallarında Azərbaycan xüsusi təyinatlısının Tavuş vilayətində (Kirants kəndi) görünməsi ilə bağlı məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi müxtəlif kanallarda yayımlanan video ilə bağlı açıqlama verib.

“Sosial şəbəkələrdə “Kirants sakinləri Azərbaycan xüsusi təyinatlılarını görüblər” başlığı ilə video yayılır. Müdafiə Nazirliyi bildirir ki, videoda təsvir olunan şəxs Ermənistanın xüsusi təyinatlı dəstəsinin əsgəridir”, - açıqlamada deyilir.

Erməni mənbələrinin iddiasına görə, sərhədin Xeyrimli istiqaməti (Qazax rayonunun kəndi) demarkasiya olduqdan sonra Azərbaycan xüsusi təyinatlıları razılaşdırılmış xətdə yerləşdirilib. Məlum videogörüntü də bu əsasla yayılıb. Ermənilərin yaydıqları videogörüntü özlərini təlaşlandırıb.

Ermənilər işğal dövründə Xeyrimlinin bir hissəsini mənimsəməyə cəhd edərək, Kirants kəndinə qatıblar. İndi həmin istiqamətdə demarkasiya aparılır, qoparılmağa cəhd edilən ərazi Azərbaycana qaytarılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu