7 May 12:06
5 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün vətəndaşlara 300-500 manat müavinət verilməlidir.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

O qeyd edib ki, dəfn müavinəti almaqda da problemlər var: “İstənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq bu müavinəti almalıdır. Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir”.

Deputat digər problemin pullu “Qaynar xətt”lərlə bağlı olduğunu deyib. Pullu əsaslarla “Qaynar xətt” anlayışı ortadan qalxmalıdır. Bir çox nazirlikdə bu nə ilıq, nə də soyuq xətdir. Bir çox zənglərə cavab verilmir. Bu problem həllini tapmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı