7 May 14:07
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhədin demarkasiyası prosesinin dayandırılması, yəni Ermənistanın təhlükəsizlik zəmanətlərinin formalaşdırılması və suverenliyinin yaradılması prosesinin dayandırılması təklif edilir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan keşiş Baqrat Srpazanın rəhbərlik etdiyi aksiya və irəli sürülən tələblərə istinad edərək deyib.

Onun sözlərinə, demarkasiya prosesi dayandırılsa, müharibə başlayacaq: “Təhlillərim əsasında hesab edirəm ki, məqsədləri demarkasiyanın qarşısını almaq idi, bunun qaçılmaz nəticəsi müharibə olacaq”.

Paşinyanın fikrincə, bu prosesə rəhbərlik edən bəzi xarici və daxili qüvvələrin məqsədi müharibəyə nail olmaq və bu fonda Ermənistanda hakimiyyəti ələ keçirməkdir.

“Delimitasiya və demarkasiya dayandırılsın” deyənlərin məqsədi müharibəni qızışdırmaq, qeyri-seçki yolu ilə hakimiyyət dəyişikliyini təmin etməkdir. Sonrakı məqsəd marionet, qeyri-legitim hökumətin qurulması və de-yure dağılmadan əvvəl Ermənistanın suverenliyi və dövlətçiliyinin faktiki olaraq ləğvidir. Hər şey bu qədər aydındır”, - baş nazir vurğulayıb.

Paşinyan həmçinin əlavə edib ki, təhlükəsizlik zəmanəti yaratmaq və müharibədən yayınmaq üçün Tavuşdan demarkasiyaya başlayıblar: “Sərhədin demarkasiyası prosesi normal gedəndə, bitəndə, başa çatanda bu, özlüyündə təhlükəsizliyin təminatı olacaq. Biz buna müharibəni hər hansı əsasdan məhrum etmək üçün getdik”.

Dörd kəndin Azərbaycana qaytarılmasına gəlincə, Ermənistan baş naziri qeyd edib: “2021-2022-ci illərdəki eskalasiya beynəlxalq ictimaiyyət arasında suallar yaratmışdı. Bu, beynəlxalq platformalarda dörd Azərbaycan kəndi faktoru ilə izah olunurdu. Belə durumlarda özümüzü müttəhim rolunda tapırdıdıq”.


Müəllif: Mənsur Rəğbətoğlu