24 İyul 2017 13:35
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:33

Əfqanıstanın paytaxtı Kabildə ölkənin ikinci vitse-prezidenti Məhəmməd Moxakikin evinin qarşısında güclü partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı azı 24 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Məlumatlara görə, partlayış zamanı vitse-prezident evdə olub. O, hadisədən xəsarət almadan xilas ola bilib:

"Partlayışda əsas hədəf vitse-prezident olub. Hücum terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə yerinə xeyli polis və təcili yardım qüvvələri cəlb edilib. Hücuma görə məsuliyyəti "Taliban" qruplaşması üzərinə götürüb".

***

Kabildə törədilən terror aktı zamanı ölənlərin sayı 35 nəfər çatıb.

Bununla bağlı Əfqanıstan rəsmiləri məlumat yayıb.


Müəllif: Samir

Oxşar xəbərlər