25 İyul 2017 11:16
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukrayna hökumətinə Donbas böhranının həlli üçün yardım etməyə hazırlaşır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker məlumat verib.

Onun sözlərinə görə, hazırda Kiyev hökuməti ilə danışıqlar davam edir:

"ABŞ ukraynalılara özlərini müdafiə etmək üçün silahlar və tanklar verə bilər. Yeni texnika rus separatçılarının Ukraynada irəliləyişini dayandıra bilər. Ukraynanın şərqində sülhü bərpa etmək üçün Rusiya ilə danışıqlar çox vacibdir. Əsas məqsədimiz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdir".

Qeyd edək ki, amerikalı xüsusi nümayəndə son 1 ayda ikinci dəfədir ki Ukraynaya səfər edir.


Müəllif: Samir

Oxşar xəbərlər