Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Senatın ümumi toplantısında 60 səsə ehtiyacı olan layihəni 57 nəfər rədd edib, 43 senator isə dəstəkləyib.
100 nəfərlik Senatın 52 nümayəndəsi Respublikaçılar partiyaslndandır. Lakin respublikaçılardan 9 senator layihənin əleyhinə səs verib.
Qeyd edək ki, Senatın ümumi iclasında səhiyyə islahatları ilə bağlı müzakirələrin aparılmasının ardından ilk qanun layihəsi xüsusi əhəmiyyət daşıyırdı.
Ekspertlər hesab edir ki, yaxın bir həftə ərzində pespublikaçı senatorlar bəzi dəyişikliklərlə yeni qanun layihəsini səsverməyə təqdim edəcək və yenidən “Obamacare”nin ləğvinə çalışacaqlar.