Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kalın Əl-Əqsada elektron axtarış detektorlarının yığışdırılması məsələsinə toxunaraq, bunun müsbət istiqamətdə atılmış addım olduğunu, ancaq Türkiyənin əsas narahatlığının Əl-Əqsanın əsas statusunun dəyişdirilməsinə dair planın tətbiq edilməsinin olduğunu bildirib.
İbrahim Kalın mövcud statusun dəyişdirilməyə cəhd edilməsinin gərginliyi dərinləşdirəcəyini də vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfərinə də toxunan Kalın hal-hazırda bölgədə bir qədər sakitliyin hökm sürdüyünü, ancaq problemin tamamilə aradan qaldırıldığını söyləmək üçün vaxtın hələ tez olduğunu deyib. Türkiyənin bu məsələdə öz mövqeyini ortaya qoyduğunu qeyd edən Kalın Ankaranın hər zaman haqlı olanın yanında olduğunu da söyləyib.
İbrahim Kalın Rusiya ilə uzun müddətdir S-400 müdafiə sistemilə əlaqəli müzakirələrin davam etdiyini dilə gətirirək, Ərdoğanın hakim partiyanın qrup yığıncağında “imzaları atdıq” dediyini bildirib.
“Bu iş böyük nisbətdə sona çatdı, bunu rahatlıqla söylə bilərik. Razılaşma ilə əlaqəli kiçik bir neçə məsələ var, amma əsas etibarı ilə artıq sona yaxınlaşıldı”-deyə İbrahim Kalın vurğulayıb.