Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğundan bildirilirb.
Xatırladaq ki, Mixail Saakaşvili Gürcüstanı 2013-cü ilin payızında tərk edib. Ölkəsində haqda bir neçə cinayət işi açılıb. O, 2015-ci ildə Ukrayna vətəndaşlığı əldə edib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin olunub.
Tbilisi M.Saakaşvilinin ekstradisiyası ilə bağlı Ukraynaya dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb. Lakin iyulun 26-da keçmiş qubernator Ukrayna vətəndaşlığından məhrum edilib ki, bu da ekstradisiyanı mümkün edib.
Bir müddət öncə prezident Poroşenko Gürcüstana səfər edib və sabiq qubernatorun ekstradisiyası ilə bağlı müzakirə aparıb.
Saakaşvili hazırda xarici ölkədədir. O, öz hüquqlarını qoruyacağına söz verib.