3 Avqust 2017 00:56
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Rodos adasına qeyri-leqal yolla keçmiş 17 Türkiyə vətəndaşı Afinadan sığınacaq tələb edib.

Bu şəxslər Fəthulla Gülən hərəkatına mənsub olmaqda şübhəli bilinir.

Məlumatda qeyd olunur ki, onların arasında 5 müəllim də yer alır.

Türkiyə hökumətinin həmin şəxslərin geri qaytarılması məqsədilə Yunanıstan rəhbərliyinə müraciət edəcəyi gözlənilir.

Türkiyə mətbuatının məlumatına görə, hazırda Yunanıstanda Fəthulla Gülən hərəkatına mənsub olmaqda şübhəli bilinən 500-ə yaxın Türkiyə vətəndaşı var. /Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər