Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Atletika Federasiyasının Londonda keçirilən konfransında çıxış edən Dmitri Şilaktin verilən cəzanı ədalətli sayıb. "Dopinqli atletlərimizə görə qızıl və gümüş medalları haqq hetmələrinə baxmayaraq qələbədən kənarda qalan idmançılardan üzr istəyirəm", deyə Dmitri Şilaktin bildirib.
Onun sözlərinə görə, Rusiyada dopinqə qarşı ciddi mübarizə aparılır: "Yeni atlet komandamızın bir daha bu cür olaylara qarışmayacağına zəmanət verirəm.
Qeyd edək ki, Beynəlxalq Atletika Federasiyası üzvlərinin əksəriyyəti Rusiyanın beynəlxalq yarışlarda iştirakının əleyhinə səs verib.
2016-cı ildə Rioda keçirilən Olimpiya yarışlarına qatıla bilməyən Rusiya ötən müddət ərzində anti-dopinq istiqamətində xeyli işlər görüb.