5 Avqust 2017 19:10
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın məşhur “Böyük şəhərdə seks” serialının aktrisası Sintiya Nikson Nyu York ştatının qubernatoru vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Miranda rolunun 51 yaşlı ifaçısını liberal güclərin dəstəkləyəcəyi bildirilir.

Sintiya Niksonun bu sahədə müəyyən təcrübəsi olduğu, 2013-cü ildə Nyu Yorkun indiki meri Bil De Blazionun seçkiqabağı qərargahında işlədiyi vurğulanır.

Sintiya Nikson barəsində media “perspektivli və insanları ruhlandıra biləcək qeyri-standart namizəd” kimi bəhs edir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər